İsmayıllıda oğurluq edən şəxs saxlanıldı...

29 2020 17:58

İsmayıllı rayonunda oğurluq hadisəsi baş verib. İsmayıllı şəhər sakini Günay Hüseynova polis şöbəsinə evindən televizor və ərzaq mallarının oğurlanması barədə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Mican kənd sakini, Samir Qurbanov tutularaq istintaqa təhvil verilib. Onun oğurladığı məhsullar geri qaytarılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.