Əyləncəsi üçün qonşunun qızılını oğurladı...

29 2020 17:19

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri oğurluğu törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazalarından birinə satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.Oğurluğu törədən Əli Rəsulov əməlini etiraf edib.