Gənclərdən kreativ layihə: "Platforma"

23 2020 13:32

Şəki gəncləri yeni layihəyə start veriblər. "Platforma" adlanan layihədə bir araya gələn gənclər tarixi məkanlarda müxtəlif musiqi janrları ilə mədəniyyət sahəsində yenilik etməyə çalışırlar. Layihəyə Şəki ilə yanaşı, həm də Şimal-Qərb bölgəsinin aktiv gəncləri qoşulub. Karantin dövrü olduğu üçün hazırda layihə sadəcə ilk addımını atıb. Məqsədsə xarici və yerli musiqilərin vəhdətini təşkil edərək yerli sakinləri xarici musiqi ilə, ölkəyə gələcək xarici vətəndaşları isə yerli musiqi ilə tanış etməkdir. Həmçinin layihə çərçivəsində mədəniyyət və digər sənət növlərinin də açıq havada və tarixi məkanlarda sərgisi təşkil ediləcək.