Tariximizi tara həkk edən sənətkar...

18 2020 16:47

Mədəni irsimizin, tariximizin qorunub saxlanmasında hər bir Azərbaycan vətəndaşının rolu olmalıdır. Səbuhi Abdullayev də tariximizi qorumaq üçün öz töhvəsini verməyə çalışan insanlardandır. O, kiçik emalatxanasında tariximizi, tarixi şəxsiyyətlərin kəlamlarını əbədiləşdirmək məqsədilə özünəməxsus addım atıb. Milli alətimiz olan tarın üzərinə bərkitmək üçün gördüyünüz bu dəmir listləri hazırlayıb. Səbuhi usta hətta bəzi milli çalğı alətlərimizin hazırlanmasında fərqli üsula əl atıb. O, tar və kamançanı plastik materialdan ərsəyə gətirib. Deyir ki, bu alətlər taxta alətlərdən daha ucuz və daha tez ərsəyə gəlir. Səbuhi ustanın ən böyük arzularından biri hazırladığı nümunələrin Azərbaycanda yerləşən 200-dən çox musiqi məktəbinə verilməsidir.