Balakəndə 75 yaşlı kişini maşın vurdu...

18 2020 12:50

Balakəndə 75 yaşlı piyadanı maşın vurub öldürüb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 154-cü kilometrliyində, Balakən rayonu Qullar kəndi ərazisində keçən hissəsində baş verib. Balakən rayonu Mazımçay kənd sakini, 1959-cu il təvəllüdlü Məhəmməd İbrahimov idarə etdiyi “Qaz 2705” markalı, 10 HH 718 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağından soluna keçən piyada, Balakən rayonu Qullar kənd sakini 1945-ci il təvəllüdlü Cavadxan Şəkiliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Cavadxan Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Cavadxan Şəkiliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.