Şəkidə mebel sexi yandı...

16 2020 13:38

Şəkidə mebel sexində yanğın olub. Sahəsi 300 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları, içərisində taxta materiallar və 4 ədəd dəzgah yanıb. Hadisə yerinə cəlb edilmiş Şəki Yanğından mühafizə hissələri yanğını söndürüblər. Ümumi sahəsi 1200 m² olan, bir dam altında yerləşən tikililərdən dəmirçi sexi, anbar və aptek isə yanğından mühafizə olunub.