Zaqatalada gül yığımına başlanılıb...

14 2020 16:26

Son günlər havaların yağmurlu keçməsi gül mövsümünü gecikdirsədə, məhsuldarlığa təsir etməyib. Gül yığımına əsasən səhərin erkən saatlarında başlayır. Çünki, şehi quruduqdan sonra toplanan gülün keyfiyyətidə azalır. Rayonun Aşağı Tala kəndində ümumi sahəsi 183 ha olan ərazidə qızılgül və lavanda sahələri salınıb. Burada əkilən qızılgül yağlılıq əmsalının çoxluğuna görə ən keyfiyyətli sortlardan hesab olunan “Rose Damascane” sortudur. Hazırda 145 ha ərazidə qızılgül yığımı aparılır. Müəssisədə 50 nəfər daimi işçisindən əlavə, gültoplama dönəmində 1500 nəfər mövsümi işlərə cəlb olunur. Toplanan güllə çəkləri zəruri avadanlıqlarla təchiz olunmuş yağış itehsalı zavodunda emal edilir. İstər yığım, istərsədə istehsal prosesi qabaqcıl metodologiya əsasında Türkiyə və Bolqarıstan təcrübəsinə uyğun olaraq aparılır. Güllə ləçəklərindən alınan bu məhsulun alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlərdir. Məhsulun xarici bazarlara ixracı ölkənin qeyri-neft sektorunda ixrac potensialının və çeşidinin artımına dəstək verəcəkdir.