Zaqatalada daş istehsalı sexində yanğın olub....

14 2020 16:07

Hadisə rayonun Yuxarı Tala kəndində Sərxan Orucovun icarəyə götürdüyü, ümumi sahəsi 300 kv/m olan daş istehsal edən sexdə baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yağın nəticəsindsə sexin çardaq hissəsinin 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanaraq yarasız hala düşüb. Yanğın zamanı sexdə işləyən fəhlələrdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.