Balakəndə şirkətdə fəhlə faciəli şəkildə öldü...

13 2020 17:04

Balakəndə faciəli hadisə baş verib. Balakən Kərpic İstehsalı Müəssisəsində sürücü vəzifəsində çalışan 29 yaşlı Murtuz Muradov idarə etdiyi avtokarla müəssisənin həyətində, elə həmin müəssisədə sürücü vəzifəsində çalışan iş yoldaşı 73 yaşlı Əhməd Malaxovu ehtiyatsızlıqdan vurub. Əhməd Malaxov aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 162.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.