Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib...

11 2020 13:28

Hadisə rayonun Calayir kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, "Mercedes" və "Vaz-21099" markalı iki minik avtomobili toqquşub.Nəticədə beş nəfər müxtəlif bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bunlar "Mercedes"in sürücüsü, Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Tural Məmməd oğlu Eminov, onun sərnişini 1971-ci il təvəllüdlü İntizar Süleyman qızı Eminova, "VAZ"ın sürücüsü, Zaqatala rayon sakini 1987-ci il təvəllüdlü Nail Təmraz oğlu Dəmirov, onun sərnişinləri Balakən rayon sakinləri 1976-cı il təvəllüdlü Xuraman Qarakişiyeva və onun qızı 1997-ci il təvəllüdlü Raisa Zeynalovadır. Fakt araşdırılır.