Zaqatalada yolu keçmək istəyən 13 yaşlı qızı maşın vurub...

09 2020 14:41

Rayonun Yuxarı Tala kənd sakini Məftun Cabbarov idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə Zaqataladan Balakən istiqamətində hərəkətdə olarkən piyada, Zaqatala şəhər sakini, Həlimə Şabanovanı vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı Həlimə Şabanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.