Şəkidə müharibə veteranları ziyarət edilib...

09 2020 13:26
Şəkidə faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçıları ziyarət edilib. Şəki Regional Mədəniyyət idarəsi və Şəki 2 saylı uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Şəkidən olan 2-ci dünya müharibəsi veteranları ilə görüş təşkil olunub. Vaxtı ilə 14597 nəfər müharibəyə vətəndaş göndərən Şəkidə bu gün 5 nəfər veteran qalıb. Qurumun əməkdaşları Müzəffər Cabbarov, Hacı Babayev, Zahid Paşayev, Şahverdi Əhmədov və Süleyman Tağıyevi evlərində ziyarət edib, onlara sovqat aparıblar. Şəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin səsləndirdiyi saz havaları, şeirlər və müharibəyə həsr olunmuş mahnılar veteranlara xoş əhval-ruhiyə bəxş edib. Veteranlar işğal altındakı torpaqlarımızın azad olunacağına və Azərbaycan ordusunun parlaq qələbəsinə qəti inamlarını ifadə ediblər.