Şamaxıda kafe və restoranlar niyə sökülür?

07 2020 17:58

Şamaxı istiqamətində yol kənarlarında yerləşən kafe və restoranlar sökülür. Bölgəyə gələn​ turistlərə müasir tələblərə uyğun olmayan restoran və kafelərdə​ xidmət göstərilirdi. Bu da bəzən müştərilərin narazılığına səbəb olurdu. Bu səbəbdən də obyek sahiblərinə restoran və kafelərin əsaslı şəkildə bərpa və yenidən qurulması tövsiyə edilib. Bakı-Şamaxı-Yevlax avtomobil yollarının kənarında fəaliyyət göstərən istifadə müddətini başa vurmuş, köhnə və şəraitsiz restoran, kafe və çay evləri sökülür. Məqsəd yerli və xarici turistlərin bölgələrə səfəri zamanı onlara standartlara uyğun keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdir. İlkin mərhələdə rayon ərazisində fəalliyət göstərən 50 dən çox kafe, restoran və çay evlərinin sökülməsi planlaşdırılır. Əvəzində isə daha müasir kafe və restoranlar, əyləncə mərkəzləri yaradılacaq. Şamaxı rayon İcra Hakimiyyətinin rəsmiləri sözügedən obyektlərə baxış keçirib və sahibkarlara layihələr təqdim olunub. Qeyd edək ki, Şamaxı ilə yanaşı, həmin magistral üzərində yerləşən digər rayonların ərazisində fəaliyyət göstərən köhnə kafe və restoranların da sökülməsi proqnozlaşdırılır.