Balakəndə narkotacir saxlanıldı...

29 2020 17:29

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Balakən şəhər sakini 22 yaşlı İslam Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılmış araşdırmalarla İslam Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər də cinayət məcəlləsinin ayrı-ayrı maddələri ilə dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyən edilib. Tədbir zamanı Elşən Adalov da şübhəli şəxs qismində saxlanılıb.