Şəkidə karantin rejimində evdən çıxa bilməyən sakinlər üçün konsert təşkil edilib...

28 2020 17:39

Mirzə Fətəli Axundazə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında keçirilən konsert Şəki Regional Mədəniyyət idarəsinin təşəbbüsü və 2 saylı uşaq musiqi məktəbinin təşkilatçılığı ilə baş tutub. Konsert bina sakinləri tərəfindən maraqla qarşılanıb. Evlərdən birinin eyvanından çıxış edən müğənnilər bu yolla evlərində qalan sakinlərə dəstək veriblər. Sakinlər də öz növbəsində musiqi sədaları altında rəqs edib və konserti izləyiblər.