Zaqatalada aztəminatlı ailələrə yardımların verilməsi davam etdirilir...

28 2020 13:36

Zaqatalada Rayon İcra hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü ilə koronavirus pandemiyası ilə əlaqədar çətinliklərlə üzləşən aztəminatlı ailələrə yardımların verilməsi davam etdirilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq səhmdar cəmiyyəti həmçinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanları, sahibkarlar,iş adamları və ayrı-ayrı təşkilatların dəstəyi ilə təşkil edilən növbəti aksiyada onlarla ehtiyacı olan ailəyə ərzaq yardımı paylanılıb. Rayonda yardım aksiyaları çərçivəsində ümumilikdə bu günədək 3000-dən çox aztəminatlı ailələrə, xəstə və ahıl insanlara ərzaq yardımları olunub.