Zaqatalalılar da könüllü qanvermə aksiyasına qoşuldu...

27 2020 18:28

Zaqatala sakinləri ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasında böyük ruh yüksəkliyi ilə iştirak edirlər. COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına rayonun yerli icra strukturları ilə yanaşı, polis, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlıq durumu imkan verən əməkdaşları da iştirak edirlər. Mərkəzi Qan Bankının Şəki bölməsinin həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.