Balakənlilər “Eyvana Çıx”dı...

27 2020 17:40

Bu günlərdə Balakən rayon Mədəniyyət Mərkəzi də “Eyvana Çıx” layihəsinə qoşulub. Rayon Mədəniyyət işçiləri karantin rejimi dövründə uzun müddət ailəsindən kənarda yaşayaraq pandemiya ilə mübarizə aparan fədakar tibb işçilərinə və ətraf binalarda yaşayan insanlara xoş musiqi sədaları ilə mənəvi dəstək olub. Mədəniyyət işçiləri Elman Əzimovun, Rasim Əliqayevin, Burhan Rəşidovun ifaları dinləyicilərə xoş əhval-ruhiyyə bəxş edib. Qeyd edək ki, hal-hazırda 70-i Balakəndən, 14-ü isə qonşu rayonlardan olmaqla ümumilikdə 84 nəfər tibb işçisi oteldə yerləşdirilib.