İsmayıllıda ağır qəza, yaralılar var...

24 2020 16:02

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var. Hadisə Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində İsmayıllı sakini, 35 yaşlı Elşən Əsədov, Balakən sakini, 25 yaşlı Toğrul Atayev və Ağdaş rayon sakini, 31 yaşlı Hüseyn Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.