Şamaxıda tənha və aztəminatlı ailələrə yardımlar davam etdirilir...

23 2020 16:20

Şamaxı rayonunda icra hakimiyyətində yaradılmış operativ qərargah müvafiq dezinfeksiya və maarifləndirmə işləri lə yanaşı, tənha və aztəminatlı ailələrə yardımları da davam etdirir. Rayonun Quşçu kəndində yaşayan aztəminatlı ailələrə yardım olunarkən kənd sakini 44 yaşlı, 4 uşaq anası Vəsilə Gərayevanın mənzil-məişət şəraitinin yararsız olduğu müəyyən edilib. Dövlət tərəfindən onlara yeni evin tikilməsi qərara alınıb. Həmçinin rayon məşğulluq mərkəzi tərəfindən Vəsilə Gərayeva ilə yerindəcə müvafiq müqavilə imzalanıb və o sosial işlə təmin olunub. Eyni zamanda, ailədəki azyaşlı uşaqların təhsildən yayınması faktı müəyyən olunub. Azyaşlıların sənədləşmə işlərinin hazırlanması və onların təhsilə cəlb olunmaları istiqamətində işlərə başlanılıb. Ailənin sosial statusu nəzərə alınaraq onların bundan sonrakı qayğıları və təminatı rayon icra hakimiyyətinin nəzarətinə götürülüb.