Şamaxıda yardım paylanıldı...

17 2020 17:45
Şamaxı rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sosial izolyasiya tədbirləri davam etdirilir. Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşları rayondakı aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha, ahıl insanlara baş çəkərək onlara gündəlik tələbat malları, ərzaq məhsullarından ibarət bağlamalar və qoruyucu vasitələr paylayıblar. Yardım aksiyası Şamaxı şəhəri ilə yanaşı, rayonun kənd və qəsəbələrini də əhatə edir. Həmçinin rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qruplar mütəmadi olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparır, onların mövcud problemlərinin həlli üçün köməklik göstərirlər.