Şəkidə 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur.

16 2020 17:06
Şəkidə Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulmasına başlanılıb... Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, yol nişanlarının, siqnal dirəklərinin, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-ə yaxındır. Yolların yenilənməsilə 6 yaşayış məntəqəsinin 3 mindən çox sakini istər Şəki mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəəcklər. Eyni zamanda qonşu rayonlara gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.