Baqajda Balakənə getmək istədi, 100 manat cərimələndi...

15 2020 16:42

Balakəndə xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs saxlanılıb. Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobilin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə getmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.