Dəfələrlə məhkum olunmuş oğru yenə eyni əməllə saxlanıldı...

14 2020 16:11

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Araşdırmalarla zərərçəkmişə məxsus evdən 5000 manat dəyərində qızıl oğurlandığı müəyyən edilib. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.