Zaqatalalı musiqiçilərdən karantin rejimində qalanlara dəstək...

11 2020 14:43

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Zaqatala Uşaq İncəsənət Məktəbinin müəllimləri sosial izolyasiya şəraitində olan sakinlərə eyvandan canlı konsert veriblər. Tanınmış ifaçısılar və gənc musiqiçilərin iştirak etdiyi konsertin təşkilində məqsəd karantin dövründə evdə qalan sakinlərdə ruh yüksəkliyi yaratmaq, onlara mənəvi dəstək olmaqdır. #Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində axşam saatlarında Zaqatala şəhərinin Sülh küçəsində yerləşən çoxmənzilli yaşayış binalarından birinin eyvanında təşkil edilən konsert zamanı ,musiqiçilər ətrafdakı binaların sakinlərinə milli oyun havalarımızı, bəstəkar və xalq mahnılarımızı canlı ifalarla təqdim ediblər.