Zaqatalada ahıl şəxslərə və aztəminatlı ailələrə yardım edilib...

09 2020 15:14

Zaqatalada da yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar edilir. Əlillərə və Aztəminatlı ailələrə ictimai dəstək fondunun təşəbbüsü ilə həyata keçirilən aksiya çərçivəsində Zaqatala rayonunda yaşayan 500-dən çox aztəminatlı tənha yaşayan ahıl vətəndaşlara və əlil ailələrinə yardımlar göstərilib. Aksiya çərçivəsində sözügedən şəxslərə ərzaq yardımı edilib, onlarla profilaktik söhbətlər aparılıb.