Şamaxıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir...

06 2020 16:24

Şamaxıda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir. Xüsusilə də karantin günlərində işləyən müəssisələrdə bu işlər daha da gücləndirilib. Şamaxıda idarə, müəssisə və təşkilatların inzibati binaları, giriş-çıxışları, həyətləri dezinfeksiya olunur. Bu işlər Avtomobil yolları dövlət agentliyinin 19 saylı xüsusi təyinatlı yol istismarı MMC- də də həyata keçirilir. Profilaktik tədbirlər çərçivəsində inzibati binanın bütün ərazisi dezinfeksiya olunub İşçi sayını azaldan qurum fəaliyyətini davam etdirdiyindən, hazırda çalışanlar qoruyucu vasitələrlə təmin edilib və karantin rejimi qaydalarına uyğun təlimatlandırılıb. Gündəlik fəaliyyətdə olan bütün maşın- mexanizimlər də dezinfeksiya olunur. GEM-in biriqadası tərəfindən həyata keçirilən dezinfeksiya prosesi mütəmadi olaraq davam etdiriləcək.