Zaqatalada aztəminatlı ailələrə pulsuz çörək, Balakəndə tibbi ləvazimatlar paylanıldı...

06 2020 15:55
Ölkədə aparılan genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirmək məqsədi ilə Zaqatalada əhaliyə çörək, Balakəndə isə tibbi ləvazimatlar paylanıb.
Karantin dövründə Zaqatalada yaşayan aztəminatlı ailələrə, xəstə və ahıl insanlara pulsuz çörək paylanılmasına başlanılıb. Zaqatala rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə rayonda fəaliyyət göstərən müəssisədə bişirilən çörəklər mobil qruplar vasitəsi ilə ehtiyac sahiblərinin evlərinə çatdırılır. Balakəndə qoruyucu vasitələr və tibbi ləvazımatlara artan təlabat nəticəsində apteklərdə maska, əlcək çatışmazlığı yaranıb. Balakən rayonunda olan bir tibb mərkəzi maska, əlcək, spirt, yod, pambıq, hidrogen peroksid kimi tibbi ləvazımatlar, həmçinin yuyucu vasitələr tədarük edərək , ehtiyacı olan insanlara pulsuz olaraq paylayıb. Aksiya çərçivəsində 250 vətəndaşa yardım göstərilib, onlara tibbi məsləhətlər verilib.