Zaqatala rayonunda da koronavirusa qarşı bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir...

04 2020 15:09

Zaqatalad ayrı-ayrı əraziləri əhatə etməklə rayonda gündəlik dezinfeksiya işləri görülür. Küçə və prospektlər xüsusi nəqliyyat vasitələri ilə dezinfeksiya edilir. Maska çatışmazlığının qarşısının alınması məqsədi ilə Zaqatala Peşə məktəbində maskaların tikilməsinə başlanılıb. Maskaların tikilməsi üçün lazım olan ləvazimatlar Rayon İcra Hakimiyyəti tərəfindən təmin edilib. Gün ərzində 1000-1500 maskanın tikilərək, mobil qruplar tərəfindən rayonda yaşayan aztəminatlı ailələrə və eləcə də küçədə maskasız gəzən sakinlərə paylanılır. İşlər növbəti günlərdə də davam etdiriləcək.