Şəkidə xüsusi karantin rejimi davam etməkdədir...

04 2020 14:21

Koronavirus əlehinə tədbirlər geniş vüsat alıb. Şəhər ərazisi mütəmadi olaraq təmizlənir.

Şəkidə Koronavirus əlehinə dezinfeksiya işləri davam etdirilir. Şəhərin küçə və prospektləri tez-tez təmizləyici vasitələrlə yuyulur. Bunun üçün müxtəlif teüxnikalar da cəlb edilib. Həmçinin piyadaların hərəkət etdiyi səKilər də dezinfeksiya edilir. Dezinfeksiya işləri Şəki RMX-nin poliklinikalarında da aparılır. Şəki Gigiyena və epidemiologiya mərkəzi tərəfindən aparılan dərmanlama işləri zamanı poliklinikanın dəhlizləri, həkim otaqları və palatalar dezinfeksiyaedici maaddələrlə yuyulub. Bütün bunlarla yanaşı Şəki şəhər İcra Hakimiyyəti tərəfindən əhalinin virusdan qorunması istiqamətində daha bir addım da atılıb. Belə ki, apteklərdə yetərincə maska olmaması səbəbindən Şəkidə maska istehsalına start verilib. Könüllü şəkildə bu işlə məşğul olan dərziləri bir araya gətirən icra hakimiyyəti gündəlik azı 150 maska istehsalı üçün onları bütün lazımı avadanlıqlarla və materiallarla təmin edib. Həmçinin dərzilərlə yanaşı, müəllimlər də bu işdə onlara köməklik edir. Hazırda şəhərdə virusun yayılmaması üçün bütün lazımı tədbirlər görülməkdə davam edir. Şəki sakinlərinində bu işdə üzərilərinə çox böyük məsuliyyət düşür. Hər kəs özünü, ailəsini və yaxınlarını qorumaq üçün bütün təhlükəsizlik tədbirlərinə və karantin rejiminin tələblərinə riayət etməli və ən əsası, evdə qalmalıdır!