Şəki şəhər rəhbərliyi karantin rejimi ilə bağlı şəhəri gəzib...

01 2020 11:32

Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov və icra aparatının işçiləri şəhər sakinlərini evdə qalmağa dəvət ediblər. İcra başçısı şəxsən vətəndaşlara evlərinə getməyə səsləyib. Sakinlərin xüsusi karantin rejiminə əməl etmələri istənilib. Əsasən də işi olmayan gənc və yaşlı insanları küçələrdə boş yerə gəzməməyə dəvət ediblər. Həmçinin icra başçısı market və aptekləri də gəzib. Apteklərdə maska və spirtin satışı ilə maraqlanıb.