Bölgələrdə karantin rejiminə əməl olunur?

31 2020 13:25

Bütün ölkədə olduğu kimi şimal-qərb bölgəsində də xüsusi karanatin rejimi ilə bağlı işlər davam etdirilir. Ancaq rejimə əməl olunurmu və hansı dərəcədə, ətraflı növbəti materialda. Karantin rejiminə əməl olunması üçün bölgədəki icra hakimiyyəti və polis şöbələri tərəfindən mobil qruplar yaradılıb. Qrupların əsas məqsədi əhali arasında maarifləndirmə işləri ilə məşğul olmaq, ehtiyac olmadıqca sakinlərin küçələrə çıxmasının qarşısını almaqdır. Lakin buna baxmayaraq, hələ də xəbərdarlıqlara riayət etməyən sakinlərə rast gəlmək mümkündür.Həmçinin polisin mobil qrupları şəhər və rayonlarda karantin rejiminə əməl edilməsinə nəzarət edir. Xüsusən də axşam saatlarında küçələrdə gəzən və heç bir işi olmayan vətəndaşlara polis tərəfindən xəbərdarlıq edilib və evlərinə getmələri xahiş olunub. Axşam saatlarında karantin rejimini pozan vətəndaşlarla yanaşı, obyekt sahiblərinə də rast gəlinir. Polis əməkdaşları karantin rejimini pozan bu cür obyekt sahiblərini cərimələyib və xəbərdarlıq ediblər. Xatırladaq ki, martın 29-dan etibarən xüsusi karantin rejiminə uyğu olaraq artıq bərbərxanalar və gözəllik salonlarıda bağlanılıb. Ancaq əhəmiyyət daşıyan digər obyektlər öz fəaliyyətini davam etdirir. Bununla yanaşı apteklər, ərzaq mağazaları və baytarlıq aptekləridə fəaliyyətini davam etdirir. Hazırda sakinlərlə maarifləndirici söhbətlər aparılır, xəbərdarlıq edilir. Əgər xəbərdarlıqlara məhəl qoyulmursa o zaman qanuna uyğun qayda da tədbirlər görülür.