Şəkidə bir nəfərin xəsarət alması ile nəticələnən qəza baş verib...

31 2020 12:47

Hadisə Salman Mümtaz küçəsində qeydə alınıb. Rövşən Əhmədovun idarə etdiyi 55 BO 883 dövlət nömrə nişanlı Ford markalı mikroavtobus yolun kənarında dayanmış 55 BO 867 dövlət nömrə nişanlı Kamaz markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişin 37 yaşlı Zaur Musayev xəsarət alıb. Oturduğu yerdə sıxılıb qalan Zaur Musayevi mikroavtobusdan çıxarmaq üçün əraziyə FHN-nin xilasediciləri celb edilib. Xilasedicilərin səyi neticenden Zaur Musayevi çətinliklədə olsa deformasiyaya uğramış mikroavtobusdan xilas etmək mümkün olub. Onu dərhal Şəki RMX-na çatdırıblar. Şəki RMX-dan bildirib ki, Zaur Musayev müxtəlif dərəcəli beden xəsarətləri alıb. Əsas da üz nahiyəsindən xəsarət alan Zaur Musayevin vəziyyətinin stabil olduğu və ambulator müalicə üçün evə buraxılacağı bildirilib. Faktla bağlı araşdırma aparılır.