Rayonlara giriş - çıxış məhdudlaşdırıldı...

27 2020 17:49
Dünənə qədər Bakı və rayonlara gedən avtomobillər paytaxtda bir neçə km qalmışyoxlanılırdısa artıq bu gündən etibarən rayonlarda da bu tədbiq olunur. Atılan addımlar virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır.
Koronavirus təhlükəsi ilə əlaqədar olaraq rayonlara giriş-çıxış məhdudlaşdırılıb. Rayonların girişində və respublika əhəmiyyətli yollarda bu məqsədlə polis postları qurulub. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər şəhər və rayonlara giriş və çıxışa nəzarət olunur. Bakı-Şamax-Yevlax magistralının Muğanlı kəndi ərazisində qurulan postda şimal-qərb və Aran bölgəsindən gələn bütün avtomobillər yoxlanılır və lazımı tədbirlər görülür. Şəki şəhərində də giriş-çıxışlara nəzarət edilir. Bunun üçün 5 ərazidə postlar qurulub. Şəhərə daxil olan və çıxan sürücülər saxlanılır və yoxlamadan keçirilir. Digər şəhər və ya rayon qeydiyyatında olan vətəndaşlar geri qaytarılır. Postlarda polis əməkdaşları ilə yanaşı, daxili qoşunların əsgərləri də xidmət göstərir. Balakən, Zaqatala və Qax rayonlarına da giriş-çıxışa polis nəzarət edir. Sürücülərin və sərnişinlərin qeydiyyat ünvanı yoxlanıldıqdan sonra müvafiq tədbirlər görülür. Həmçinin karantin rejimi qaydaları ilə bağlı səsgücləndirici vasitəsilə əhali məlumatlandırılır.