Qəbələdə virus əleyhinə tədbirlər davam etdirilir...

27 2020 14:36

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Rayon icra hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında prospekt və küçələrdə, parklarda növbəti dezinfeksiya işləri aparılıb. Həmçinin Bum və Vəndam qəsəbələrində, Tüntül və Nohurqışlaq kəndlərində də sanitar-dezinfeksiya işləri həyata keçirilib. Ümumiyyətlə, koronavirus əleyhinə tibbi-profilaktik və qabaqlayıcı tədbirlər rayonun bütün yaşayış məntəqələrini əhatə edir.Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün sakinlər arasında geniş maarifləndirmə və təbliğat işləri də aparılır.