Şəkidə polis əhaliyə çağırış etdi...

27 2020 12:55

Nazirlər kabinetinin yanında yaradılmış operativ qərargahın qərarına əsasən 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Lakin hələ də bu qərara əməl etməyən vətəndaşlara rast gəlinir. Şəki polisi də vəziyyəti nəzarətə almaq üçün tədbirləri gücləndirib. Şəkidə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə polis naryadları müşahidələr aparır. Polis karantin rejimi ilə bağlı insanlara səsgücləndirici vasitəsilə müraciət edir və karantin rejiminin tələblərinə riayət etməyə çağırır. Bununla yanaşı polis əməkdaşları parklarda və küçələrdə sakinlərlə maarifləndirici söhbətlər aparır. Yaşı 65 dən yuxarı olan sakinlərə evlərinə qayıtmaları tövsiyə olunur.Tədbirlər karantin müddəti boyunca ardıcıl olaraq davam etdiriləcək. Məqsəd koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının.