Zaqatala rayonunda da dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir...

26 2020 17:12
Respublikamızın hər yerində olduğu kimi Zaqatala rayonunda da dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Vətəndaşların koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir. Zaqatalada özünü təcrid və gigiyena qaydalarına riayətlə bağlı əhali arasında maarifləndirmə işləri aparılır. Bundan əlavə, rayon ərazisində dezinfeksiya işləri də davam etdirilir. Park və küçələr üsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulur. Əhalinin daha çox gediş-gəlişi olan Zaqatala mərkəzi bazarı da bağlanıb və xüsusi dezinfeksiyaedici məhlulla dezinfeksiya olunub. Bütün işlər rayon rəhbərliyi və gigiyena və epidemologiya mərkəzinin nəzarəti altında həyata keçirilir. YAP-ın bir qrup gənc üzvü evdə tək yaşayan yaşlılara baş çəkib, onlara qoruyucu vasitələr paylayıb, ehtiyacları ilə maraqlanıblar. Rayon polis şöbəsinin əməkdaşları isə sürücü və piyadalarla maarifləndirici söhbət aparıb, əhalini özünütəcrid qaydalarına riayət etməyə çağırıb. Eyni zamanda sürücələrə maska, əlcək və dezinfeksiya vasitələri paylanıb. İnsanların sağlamlığının qorunması məqsədilə aparılan işlər mütəmadi olaraq həyata keçiriləcək.