Qobustanda yol polisindən maraqlı aksiya...

26 2020 14:58
Yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə Qobustanın yol polisi də dəstək verib.
Yol polisi Qobustanda maraqlı aksiya keçirib. Rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları avtonəqliyyat vasitələrini saxlayaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək veriblər. Həmçinin sürücülərlə maarifləndirici söhbət aparılıb, gigiyena qaydalarına riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları sürcülərə ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər. Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Qobustan polisi rayon ərazisində maarifləndirici tədbirləri davam etdirir, əhalini özünütəcrid qaydalarına riayət etməyə çağırır.