Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu...

26 2020 14:06

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib. Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlanılan zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər. Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub. Şəxsi axtarış zamanı Fuad Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.