Zaqatala da “DOST xonçası” kampaniyasına həvəslə qoşulub...

18 2020 14:25

Zaqatala rayonunun mədəniyyət müəssisələri də Novruz bayramı münasibətilə başlanan “DOST xonçası” kampaniyasına həvəslə qoşulublar. Mədəniyyət işçiləri aztəminatlı ailələrə qonaq gedib, onları bayram münasibətilə təbrik ediblər. Kampaniya çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi və rayon tarix-diyarşünaslıq muzeyinin əməkdaşları şəhid anası, hazırda tək yaşayan Gülsənəm Muradovanın, Zaqatala Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin əməkdaşları isə aztəminatlı ailələr olan Səadət Dilanova və Maya Nəsibovanın ailələrinə baş çəkərək onlara bayram hədiyyələri veriblər.