İsmayıllıda qoyun oğruları saxlanılıb...

16 2020 18:20

İsmayıllı rayonunun Qoşakənd sakini DİN-in “102” Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq ona məxsus həyətyanı sahədə yerləşən tövlədən 3 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat verib. İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qoyunları oğurlayan şəxslər, zərərçəkmişin həmkəndliləri Amid Nurməmmədov və bir yeniyetmə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər oğurladıqları heyvanları İsmayıllı rayon sakini Şəfaqət Hüseynova və Göyçay rayon sakini İlkin Kazımova satıblar. Şəfaqət Hüseynov və İlkin Kazımov həmin heyvanların cinayət yolu ilə əldə edildiyini bilə-bilə aldıqlarına görə, onlar da şübhəli şəxs qismində saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.