Şəkidə aztəminatlı ailələrə “DOST xonçası” paylanılıb...

16 2020 16:52

Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi “DOST xonçası” kampaniyası çərçivəsində aztəminatlı ailələrə bayram sovqatı paylayıb. Aksiyanın keçirilməsində məqsəd evlərində tənha yaşayan ahılların, həssas qruplardan olan digər insanların, aztəminatlı ailələrin Novruz xonçası ilə qapısını açmaq, onlara bayram ovqatı bəxş etməkdən ibarətdir. Qurumun əməkdaşları aksiyaya İsayevlər ailəsini ziyarətlə başlayıb. Onlara “DOST Xonçası” təqdim edərək, bayramlaşıb, həmsöhbət olublar. Bu addım xalqımızın qədim tarixə malik mili-mənəvi dəyərlərinə, Novruz adətlərinə sıx bağlılığı, ahıl insanlara, həssas qruplara qayğıkeş münasibəti kimi dəyərləndirilib.