Qaxda fərdi yaşayış evinda yanğın olub...

14 2020 13:11

Gecə saatlarında şəhərin Heydər Əliyev prospekti döngə 1, ev 5 ünvanında, Sabiddin Muradova məxsus ümumi sahəsi 140 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib. Yanğın zamanı iki otaqlı evin 1 otağı və eyvanı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisə yerinə Qax rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.