Zaqatala çağırışa gedən təcili tibbi yardım maşını yol qəzasına düşüb.

13 2020 17:18

Hadisə Zaqatala-Muxax-Yuxarı Çardaxlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Muxax kənd sakini, Qurban Mahmudovun idarəetdiyi “VAZ 2106” markalı minik avtomobili ilə çağırış yerinə gedən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin “UAZ” markalı avtomobili toqquşub. Qəza zamanı xəsarət alan VAZ 21064 markalı avtomobilin sürücüsü Qurban Mahmudov və təcili tibbi yardım avtomobilində olan tib bacısı Şəlalə Məmmədova Zaqatala RMX-ya çatdırılıblar. Xəstəxanadan bildirilib ki, yaralıların müayinəsi aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.