Fransanın ölkəmizdəki səfiri Zakari Gros Şəkiyə səfər edib...

13 2020 16:15

Səfir səfər çərçivəsində Şəki şəhər İcra Hakimiyyəti başçısı ilə görüşüb. Görüşdə səfirə Şəki barədə ətraflı məlumat verilib. Bildirilib ki, Şəki tarixi və qədim bir şəhərdir. Burada çox sayda abidələr var. Şəhərin tarixi hissəsinin YUNESKO-nun dünya irsi siyahısına daxil olduğu da səfirin diqqətinə çatdırılıb. Həmçinin Şəkidə keçirilən beynəlxalq festivallar barədə də qonaq məlumatlandırılıb. Öz növbəsində səfir Zakari Gros da Şəkiyə ilk dəfədir səfər etdiyini bildirib. Səfir Şəki ilə yaxından tanış olmaq üçün şəhərin tarixi və qədim yerlərini ziyarət edəcək. Həmçinin Şəkidə fransız dilinin tədrisi ilə yaxından tanış olacaq. Şəkinin turizm potensialı və bu sahədə görülən işləri yaxından müşahidə edəcək. Görüşdə həmçinin tərəflər onları maraqlandıran bir çox mövzu ətrafında müzakirələr aparıblar. Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim edib.