Son zamanlar keçi südünə tələbat artıb...

11 2020 16:20

Son vaxtlar ölkədə müxtəlif heyvandarlıq təsərrüfatları yaradılaraq, ətçilik və sütçülüyün inkişafı üçün müəyyən addımlar atılır. Belə təsərrüfatlardan biri də Qəbələnin Hacallı kəndində yaradılıb. Burada sahibkar keçi təsərrüfatı qurub. Buna səbəb isə keçi südü və ondan hazırlanan ağartı məhsullarına son zamanlar insanların çox böyük maraq göstərməsidir. Belə ki, keçi südü inək südündən fərqli olaraq insan üçün daha faydalı hesab edilir. Hacallı kəndindəki təsərrüfatdakı keçilər 2018-ci ilin noyabrından gətirilib. Hazırda burada 350-dən çox heyvan saxlanılır. Keçilər Lamançı və Sanalpe sortudur. Yetişdirilən heyvanlardan irəlidə damazlıq məqsədi ilə istifadə edilməsi də planlaşdırılır. Keçilərin sayı çoxalsa bu məhsuldarlığa da müsbət təsir edəcək. Həmçinin təsərrüfatdakı keçiləri yerli növlərlə cütləşdirərək ölkənin iqiliminə daha dözümlü olan növlərin əldə edilməsi nəzərdə tutulur. Bu istiqamətdə bir neçə təsərrüfatda aparılan sınaqlar artıq yaxşı nəticə verib.