İsmayıllıda 8 Mart günü səhər tezdən işləyən zəhmətkeş xanımlara sürpriz...

09 2020 17:58

İsmayıllıda 8 mart- Beynəlxalq Qadınlar günündə iş başında olan xanımlar maraqlı sürprizlə qarşılaşıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin və Gənclər İdarəsinin əməkdaşları 8 Mart Beynəlxaq Qadınlar Günü münasibətilə Kammunal müəssisələr kombinatı və təcili tibbi yardım stansiyasında çalışan xanımları təbrik ediblər. Bir qrup gənc xanımalara gül və hədiyyə paylayıb. Bu təbrik səhər tezdən iş başında olan xanımlar üçün gözlənilməz və sevindirici olub.