Yol polisindən qadın sürücülərə sürpriz...

09 2020 17:35

Zaqatala və Balakəndə Yol Polis əməkdaşları reyd keçirib. Polisin hədəfində qadın sürücülər olub. Ancaq bu dəfə qadın sürücülərm cərimələnmək yox, 8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edilmək üçün saxlanılıb. Zaqatalada yol polis əməkdaşları qadın sürücüləri təbrik edib. Səhər saatlarından başlayaraq müxtəlif küçə və prospektlərdə reydlər təşkil olunub. Qadın sürücülər saxlanılıb və onlara cərimə əvəzinə gül təqdim edilib. Qadın sürücülər də bu sürprizə çox seviniblər. Həmçinin Baş Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti alayının 5-ci tağımının əməkdaşları da qadın sürücüləri təbrik edib. Balakəndə də polislər analoji aksiya keçiriblər. Yol polis əməkdaşları qadın sürücüləri saxlayaraq bayramlarını təbrik edib və gül hədiyyə ediblər. Bundan başqa, piyada xanımlar diqqətdən kənardam qalmayıb.