Şəkidə universal döyüş növləri üzrə master klas keçirilib...

09 2020 16:53

Şəkidə Universal döyüş növləri üzrə master klas keçirilib. Master klasda idmançılarla yanaşı könüllülər də iştirak edib. Özünü müdafiə fəndləri və bir sıra texnikalar göstərilib. İştirakçılara həmin texnikaları necə icra edə biləcəkləri öyrədilib. Daha sonra il ərzində müxtəlif yarışlarda qələbə qazanmış idmançıların mükafatlandırma mərasimi başlayıb. 20 idmançıya tutduqları yerlərə uyğun diplom və kəmər təqdim edilib. Həmçinin tədbirdə iştirak edən QHT-lərə də göstərdikləri dəstəyə görə diplom verilib.