Zaqatalada da ümumtəhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib...

06 2020 17:51

Tədris prosesi mart ayının 9-dək dayandırıldığından bu müddət ərzində Zaqatalanın bütün təhsil müəssisələrində mövsümi virusların yayılma ehtimalına qarşı dezinfeksiya işləri aparılır. Artıq proses yekunlaşmaq üzrədir. Zaqatala rayon Gigiyena və Epidiomologiya Mərkəzi hazırda rayon ərazisində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır. Həmçinin məktəb kollektivləri, şagird və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılıb, kütləvi tədbirlər, ekskursiyalar məhdudlaşdırılıb.